İsrail ordusunun quru bölmələri qırıcı və PUA-ların müşayiəti ilə Qəzza zolağının mərkəzi hissəsində növbəti əməliyyat keçirib.
Baymedia.az xəbər verir ki, bu barədə İsaril ordusunun mətbuat xidməti məlumat yayıb.
“Ordunun quru bölmələri qırıcı və PUA-ların müşayiəti ilə Qəzza zolağının mərkəzi hissəsində əlavə hədəfli əməliyyat keçirib. Əməliyyat zamanı çoxsaylı terror hədəfləri, o cümlədən tank əleyhinə raket buraxılış məntəqələri, hərbi komandanlıq və idarəetmə mərkəzləri, HƏMAS terrorçuları müəyyən edilib və onlara zərbələr endirilib. Əməliyyatın sonunda qoşunlar ərazini tərk ediblər. Hərbçilər arasında xəsarət alanlar barədə məlumat daxil olmayıb”, - məlumatda deyilib.