Rostov şəhərində “Belıy Temer” bazarındakı yanğın söndürülüb.
Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Rostov-Donda Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri geyim bazarında baş vermiş yanğını söndürüblər”, - məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, yanğının sahəsi 4 min kv.m olub.