Qazaxıstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 229 nəfərə çatıb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Bildirilir ki, yeni yoluxma halı Almatı şəhərində qeydə alınıb.
Məlumata əsasən, ən çox yoluxma halı Nur-Sultanda qeydə alınıb. Burada 135 nəfər koronavirusa yoluxub.