Ermənistanda son sutka ərzində 34 nəfər koronavirusa yoluxub.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb.
Hazırda 686 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, bu günədək ölkədə 7 nəfər virusdan həyatını itirib.