Azərbaycanda qida sənayesi holdinqlərinə daxil olan bəzi şirkətlər səhmlərini ilkin kütləvi təklifə (IPO) çıxara bilər.
“APA-Economics” xəbər verir ki, bunu "Bakı Fond Birjası"nın (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
O bildirib ki, sözügedən şirkətlər kifayət qədər dayanıqlıdır, maliyyə hesabatarını maliyyə standartlara (IFRS) uyğun tərtib edir, korporativ idarəetməyə malikdirlər.
“Hazırda IPO məsələsində əsas gözləntilər maliyyə, qismən isə telekommunikasiya sektorundandır. Düşünürük ki, bank və sığorta şirkətləri IPO-ya daha hazırlıqlıdır. Telekommunikasiya sektoru da bu prosesə qatılmağa yaxın görünür. Amma konkret hansı şirkət qərar verəcək, nə vaxt IPO-ya çıxacaq – bu, hələ dəqiqləşməyib”- Ruslan Xəlilov əlavə edib.