İşçiləri məcburi əməyə cəlb edənlər cəzalandırılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt şəhərində "Məcburi əməyin və insan alverinin qarşısının alınması" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə bildirilib ki, qanunvericiliyə görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.
Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluq barədə çıxışlar olub. Bildirilib ki, məşğulluğun bu növü əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olur.
11 Sentyabr 2019 15:16
1 491
Digər xəbərlər
18 Avqust 2026 11:58
2 366
18 Fevral 2026 15:11
2 912
8 Dekabr 2025 11:07
2 730
2 Dekabr 2025 22:02
2 632
17 Noyabr 2025 11:21
2 856
17 Noyabr 2025 11:20
2 779
23 Oktyabr 2025 11:06
3 122
23 Oktyabr 2025 11:03
3 108
10 Oktyabr 2025 10:01
3 080