Bu platformanı gücləndirmək əsas niyyətimizdir.
APA xəbər verir ki, bunu Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının açılışında Assambleyanın Prezidenti, Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, Asiya Parlament Assambleyasının institusionalm potensialının inkişafı, Assambleyanın genişləndirilməsi Azərbaycanın sədrliyi dövründə əsas prioritetlərdir: “Asiya Parlament Assambleyasına Oman tamhüquqlü üzv, Belarus isə müşahidəçi statusunda qatılmaq üçün müraciət edib. Biz Asiya Parlament Assambleyasının büdcəsinin formalaşdırılmasıyla əlaqədar qərarla bağlı da konsensus əldə etməyə yaxınıq. Bu da Assambleyanın daha da gücləndirilməsinə şərait yaradacaq. Dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, dünyadakı çoxtərəfli əlaqələr heç vaxt bu qədər vacib olmayıb. Dünyamızın üzləşdiyi bütün bu çətinliklər və onlarla mübarizə aparmaq məsələsi önə çıxır”.