• 31 Mart 2025
logo
“Türkiyənin və türk dünyasının maraqları hər şeydən üstün tutulmalıdır” Qüdrət Həsənquliyev

“Türkiyənin və türk dünyasının maraqları hər şeydən üstün tutulmalıdır” Qüdrət Həsənquliyev

“Türkiyədə baş verənlərdən çox üzgünük, çünki eyni millətik, qardaşıq. Azərbaycana işğala son qoymaq üçün heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, türk dövlətlərinin yaxınlaşması və Türkiyənin güclənməsində onun böyük xidmətləri var: “Türkiyənin daxili işlərinə müdaxiləni düzgün saymasaq da, biz belə bir çətin tarixi dönəmdə tərəfləri dialoqa çağırırıq. Türkiyənin və türk dünyasının maraqları hər şeydən üstün tutulmalıdır. Türkiyəni ədalət, hüquq, demokratiya daha güclü edəcək”.