Əli Əhmədov: Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub
Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub. İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, bu gün YAP-ın ən nəcib layihələrdən biri baş tutdu, çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi.
Baş nazirin müavini əlavə edib ki, bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil:
"Bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə - gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır".
6 Sentyabr 2019 16:36
1 799
Digər xəbərlər
19 Oktyabr 2026 19:16
322
17 Oktyabr 2026 18:37
1 288
16 Oktyabr 2026 19:08
3 885
16 Oktyabr 2026 10:02
616
16 Oktyabr 2026 10:01
497
16 Oktyabr 2026 08:59
4 739
15 Oktyabr 2026 11:44
616
15 Oktyabr 2026 09:48
5 026
14 Oktyabr 2026 14:39
2 982
13 Oktyabr 2026 09:21
3 164
12 Oktyabr 2026 16:07
2 548
12 Oktyabr 2026 11:07
1 421