“Azəriqaz”da yeni departament yaradılıb
"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlə struktur islahatı aparılıb.
Qurumdan verilən məlumata görə, Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional qaz ölçü qurğularına xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Depatamenti yenidən formalaşdırılıb. Bu məqsədlə Birliyin idarəetmə aparatına daxil olan 100-ə yaxın aşağı dərəcəli işçilərin ştatı bağlanaraq yeni Departamentə köçürüləcəklər. Lakin onların, xüsusən də mühəndis heyətinin struktur islahatları zamanı əmək haqlarında hər hansı azalma baş verməyəcək, əksinə bəzi əməkdaşların məvaciblərində artım qeydə alınacaq. Ümumilikdə isə struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq.
Aparılan struktur islahatı ilk növbədə abonentlərin rahatlığı və məmnuniyyəti üçün həyata keçirilir. Belə ki, bu günədək abonentlər haqlı olaraq bəzi xidmətlərdən istifadə zamanı narazılıqlarını bildirirdilər. Artıq yeni struktur islahatı hər bir abonentə bir neçə xidməti bir yerdə və bir məsul şəxsdən qəbul etməyə imkan verəcək. Özü də zaman itirmədən, vaxtında icra olunmaqla.
20 Fevral 2020 16:48
3 416
Digər xəbərlər
19 Oktyabr 2026 19:16
427
17 Oktyabr 2026 18:37
1 358
16 Oktyabr 2026 19:08
4 004
16 Oktyabr 2026 10:02
651
16 Oktyabr 2026 10:01
553
16 Oktyabr 2026 08:59
4 767
15 Oktyabr 2026 11:44
658
15 Oktyabr 2026 09:48
5 068
14 Oktyabr 2026 14:39
3 038
13 Oktyabr 2026 09:21
3 192
12 Oktyabr 2026 16:07
2 611
12 Oktyabr 2026 11:07
1 484