• 28 Aprel 2024
logo
Növbəti təxribat: pərdəarxasında nə baş verir?

Növbəti təxribat: pərdəarxasında nə baş verir?

Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı əslində gözlənilən idi və iniyə qədər biz, Qərbin, xüsusilə Fransanın apardığı məqsədyönlü təxribatalara nəzər salsaq məsələni tamamilə aydın təsəvvür etmək mümkündür.
Fransa bildirirdi ki, Azərbaycan guya Ermənistana hücum edəcək. Ermənistanın təhlükəsizliyi qərb tərəfindən təmin olunmalıdır. Əks halda Ermənistanın ərazi bütövlüyü Azərbaycan tərəfindən təhdid altına salınacaq. Yaxud Azərbaycan eskalasiya riskləri yaradır, Ermənistana qarşı hərqi təhdidlər olduğuna görə, Ermənistan silahlanmalıdır və Qərb tərəfindən təhlükəsizliyi təmin edilməlidir.
Bu propaqanda fonunda Ermənistanın sülh danışıqlarındakı tələblərinə nəzər salaq:
Sərhəddə hərbi toqquşma, yaxud Azərbaycanın hərbi “təhdidləri”nin aradan qaldırılması üçün ordular “güzgü prinsipi” ilə geri çəkilməlidir. Sərhədlərin delimitasiyası 1970, 75-ci illərin xəritələri ilə həyata keçirilməlidir. Zəngəzur dəhlizi deyil, zəngəzur yolu layihəsinin həyata keçirilməsi yalnız Ermənistanın nəzarətində olmalıdır və.s.
Bütün bu absurd iddialar fonunda vurğulayırdıq ki, Fransa “Azərbaycan Ermənistana hücum” edəcək, “Qərb Ermənistanın təhlükəsizliyini” qorumalıdır”, və.s kimi bəlli perspektivə hesablanan hədəfləri üçün “əsaslar” yaradacaq.
Bunun üçün Qərb mediasında kifayət qədər propaqanda aparmaqla atmaq istədiyi addımların legitimləşdirilməsi üçün ictimai zəmin yaradıb. Bunun praktiki mərhələsi isə şərti sərhəddə txribatlara rəvac verilməsi və Fransanın iddiasının “əsaslandırılması”dır ki, bu baş verdi.
Buradakı videogörüntülərin təxribatın Ermənistan tərəfindən törədildiyini sübut edir. Ermənistan isə bunu “Yerkrapa” qruplaşmasının üsərinə ataraq dolayısı ilə məsuliyyəti Rusiyanın üzərinə qoyur və bləliklə yenə də məsuliyyətdən yayınaraq Azərbaycanın cavab tədbirləri qabardılır və sülh danışıqlarını Azərbaycanın pozduğu iddiasını ortaya atmaqla Qərbin tezisləri ilə hərəkət edərək, Qərbin arxasında gizlənir.
Təbii ki, Qərbin bölgədəki geosiyasi maraqlarının təmin olunması və bunun üçün təxribatlara rəvac verilməsi İrəvanın işinə yarayır. Rəsmi İrəvan bir tərəfdən özünü sülh tərəfdarı kimi qərbə sırımaqla, eyni zamanda konstitusya dəyişkliyinə getməklə bunu praktiki olaraq həyata keçirəcəyi görüntüsünü yaradır.
Təbii ki, Ermənistan rəhbərliyi və ictimaiyyəti çox gözəl başa düşür ki, Azərbaycanla yeni müharibəyə getmək Ermənistanı çıxılması mümkün olmayan fəlakətə sürükləyə bilər. Oan görə də burada sadəcə olaraq hadisədən siyasi dividentlər qazanmağa çalşır.
Bununla da Azərbaycana qarşı Qərbin təzyiqindən yararlanmaqla əlini diplomatik masada gücləndirmək , yenidən öz dəyişməz tələblərini “əsaslandırmağa” çalışır.
Burada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrelin açıqlaması hər şeyi çılpaqlığı ilə ortaya qoyur. Azərbaycan əsgərinə açılan snayper atəşinin üstündən keçərək, qərəzli bəyanatlar verir və guya bu təhlükənin aradan qaldırılması üçün orduların “güzgü prinsipi” ilə geri çəkilməsi məsələsini yenidən qabardır. Bu isə İrəvanın Qərblə paralel hərəkət etdiyini sübut edir.
Burada daha bir maraqlı məqam isə Avropa İttfaqının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentini təbrik etməsi və Brüsseldə görüş təklif etməsindən ibarətdir. Şarl Mişel buradan həm Avropa İttifaqında seçkiöncəsi divident əldə etmək, eyni zamanda İttifaqın uzaq perpekstivə hesablanan iqtisadi maraqlarını təmin etməkdən ibarətdir.
Fransanın Avropa İttifaqının siyasi mərkəzi olması bəlli məsələdir. Fransa əksər hallarda Avropa İttifaqının deyil, sadəcə özünün maraqları çərçivəsndə çıxış edir ki, bu da artıq ittifaq daxilində problemlərə, narazılqlara yol açıb. Məhz bu amilin özü Avropa İttifaqının maraqlarına zərbə vurur. Bu baxımdan ittifaqın fransanın diqtəsi ilə uzun müddət hərəkət etməyəcəyi gözləniləndir.
Şarl Mişel çox yaxşı başa düşür ki, əgər üçlü deyil, Fransanın tkidi ilə çoxtərkibli görüş tələbi olacaqsa, o zaman Azərbaycan bundan imtina edəcək. Bu isə Şarl Mişellə yanaşı ümumiyyətlə Avropa İttifaqının da maraqlarına uyğun deyil. Makron da bunu anlayır ki, Brüsselin yenidən önə çıxması Fransanı arxa plana salacaq. Bu isə Fransanın geosiyasi maraqlaına zərbə deməkdir. Bütün bu faktorlara nəzərə salanda məsələni mahiyyəti və problemin haradan qaynaqlandığı tam çılpaqlığı ilə ortaya çıxır.
Bütün dünyanı qan gölünə döndərən qlobal sistem və onun istifadə elementləri Bayden və Makron bizim bölgədə də qanlı olayların yaranmasına maraqlıdır. Amma artıq dünyanı bütün bölgələrində mövqeləri sarsılan və yırtıcı simları üzə çıxan Qərb mərkəzli güclərin bölgəmizdə də planları iflasa uğrayacaq...

Əli Zülfüqaroğlu