• 21 Noyabr 2024
logo
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinin icrasını yekunlaşdırıb

Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinin icrasını yekunlaşdırıb

Mirzə Ələkbər Sabir Fondu 1 avqustdan başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” layihəsini yekunlaşdırıb.
Mirzə Ələkbər Sabir Fondundan verilən məlumata görə, 3 ay müddətində həyata keçirilən layihə çərçivəsində tələbələrə maarifləndirici dərs, eləcə də jurnalistlər üçün dəyirmi masa keçirilib. Bu tədbirlərdə jurnalistlərə tövsiyələr verilib, praktiki iş rejimində yazılarda ədəbi dil normalarına əməl olunması qaydaları haqqında danışılıb. Bununla yanaşı, KİV-də məqalə, video və radio müsahibələrlə də təbliğati və maarifləndirici çıxışlar edilib.

Xatırladaq ki, layihənin məqsədi Konstitusiya Qanununun, “Dil haqqında qanun”nun tələbindən irəli gələrək, KİV nümayəndələri arasında dil barəsində düzgün bilik və təsəvvür formalaşdırmaq, mediada davamlı yol verilən qüsurları aradan qaldırmaq, ölkədə dilin saflığına məsul qurumlarla birgə önləyici, təbliğati və maarifləndirci tədbirlərin təşkili idi.