• 19 Aprel 2025
logo
QHT Agentliyi: Son müsabiqəyə təqdim edilən layihələrin sayında rekord qeydə alınıb

QHT Agentliyi: Son müsabiqəyə təqdim edilən layihələrin sayında rekord qeydə alınıb

QHT-lərin son müsabiqədə Dövlət Agentliyinə təqdim etdiyi layihələrin sayı rekord həddə çatıb. Ümumilikdə, 915 QHT-nin müraciətinə baxılıb.

APA xəbər verir ki, bunu mətbuat konfransında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

"Qurum fəaliyyət göstərdiyi dövr ərzində keçirdiyi qrant müsabiqələri üzrə Azərbaycan QHT-lərindən daxil olmuş 3965 layihə təklifinə baxılıb, onlardan 2214-ü maliyyələşdirilib. Son 4 ildə Azərbaycan QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Agentlik tərəfindən ümumilikdə, 22 milyon manata yaxın vəsait ayrılıb", - o əlavə edib.

İcraçı direktor onu da qeyd edib ki, Agentlik Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında məsul olduğu tapşırıqların icrası səviyyəsinə görə, 2022-ci ildə 76%, 2023-cü ildə 87.5%, 2024-cü ildə isə 97.3%-lik nəticə göstərib. Dövlət Proqramları və Milli Fəaliyyət Planları üzrə qurumun icrasına məsul olduğu tapşırıqların sayı isə 2022-ci illə müqayisədə 2024-cü ildə 4 dəfə artıb.