Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli istifadəçilərin təhlükəsizliyini prioritet hesab edərək yaradıcılıq üçün dost mühitin formalaşmasına dəstək verir. Platformada təhlükəsizliyi təmin etmək məqsədilə TikTok ən innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində çalışan on minlərlə mütəxəssisdən istifadə edir. Xüsusilə, 24/7 rejimində fəaliyyət göstərən moderatorlar TikTok-un İcma Qaydalarını pozan videoları silir. Şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun olaraq TikTok hər rüb silinmiş məzmunla bağlı məlumatları paylaşır.
2024-cü ilin nəticələrinə əsasən Azərbaycanda
TikTok, xüsusilə, yetkinlik yaşına çatmayan istifadəçilərin təhlükəsizliyinə xüsusi diqqət ayırır. Platformadan yalnız 13 yaşdan yuxarı şəxslərin istifadə etməsinə icazə verilir. Moderatorlar 13 yaşına çatmamış istifadəçilərə məxsus hesabları müəyyən edərək silirlər. 2024-cü il ərzində Azərbaycanda bu səbəbdən 140 min istifadəçi hesabı silinib.
Yeniyetmələrin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin davamı olaraq, ötən ay TikTok platforması gənclər üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına yönələn yeni funksiyanı istifadəyə verib. Xüsusilə, "Ailə parametrləri" funksiyası çərçivəsində valideynlər artıq uşaqlarının TikTok-dan istifadə edə biləcəyi vaxt aralığını məhdudlaşdıra bilirlər.