• 19 May 2024
logo
Lando Norris Formula 1 yarışında ilk qələbəsini qazanıb

Lando Norris Formula 1 yarışında ilk qələbəsini qazanıb

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris Formula 1 üzrə Mayami Qran Prisində qalib gəlib.

Baymedia.az-ın məlumatına görə, “Red Bull” komandasından olan Maks Verstappen ikinci, “Ferrari”ni təmsil edən moneqasklı Şarl Lekler üçüncü yeri tutub. Norris üçün bu, Formula 1 mərhələsindəki ilk qələbədir Bunda əvvəl o, heç vaxt ikinci yerdən yuxarı olmayıb.

Turnir cədvəlində Maks Ferstappen 136 xalla liderlik edir. İkinci yerdə onun komanda yoldaşı, meksikalı Serxio Peres (101), üçüncü yerdə isə 98 xalla Şarl Lekler qərarlaşıb.