• 1 Sentyabr 2026
logo
“Araz-Naxçıvan” futbolçusu ilə müqaviləni uzadıb

“Araz-Naxçıvan” futbolçusu ilə müqaviləni uzadıb

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

Klubdan Baymedia.az-a verilən məlumata görə, Ramin Nəsirli qarşıdakı mövsümdə də “qırmızı-ağlar”ın heyətində yer alacaq. U-21 millinin də heyətinə cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə bağlayıb.