• 1 Sentyabr 2026
logo
“Gəncə”dən ayrılan voleybolçu Fransa klubuna keçib

“Gəncə”dən ayrılan voleybolçu Fransa klubuna keçib

Ötən mövsüm “Gəncə” komandasında çıxış etmiş voleybolçu Tiyana Yovanoviçin yeni klubu bəlli olub.

Baymedia.az xəbər verir ki, serbiyalı blokçu Fransanın “Volley Ball Romans” komandasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.

T.Yovanoviç ötən ilin yayında Gəncə təmsilçisinə transfer olmuşdu.