• 1 Sentyabr 2026
logo
Paris-2024: Hidayət Heydərov yarımfinala yüksəldi

Paris-2024: Hidayət Heydərov yarımfinala yüksəldi

14:38

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Baymedia.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.

***

Cüdoçumuz Hidayət Heydərov dörddəbir final mərhələsində kanadalı cüdoçu Arthur Marqelidonla üz-üzə gələcək.

73 kiloqram çəki dərəcəsində almaniyalı rəqibini qızıl xal bölümündə cərimə xalları hesabına məğlub edən Marqelidon dörddəbir finalda Hidayət Heydərovun rəqibi olub.

***

Cüdoçumuz Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında dörddəbir final mərhələsində kanadalı cüdoçu Arthur Marqelidonla üz-üzə gəlib.

73 kq çəki dərəcəsində yer alan idmançı kanadalı Artur Margelidonu məğlub edib.

Rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.