• 1 Sentyabr 2026
logo
“Neftçi” Çempionlar Liqasında mübarizəyə başlayır

“Neftçi” Çempionlar Liqasında mübarizəyə başlayır

Qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Baymedia.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv I mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq.

Gürcüstanın Tsxaltubo şəhərində yerləşən Tsxaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Çempionlar yolunun II qrupunda baş tutacaq oyunun qalibi “Vlajniya” (Albaniya) - “Lançxuti” (Gürcüstan) cütünün güclüsü ilə finalda üz-üzə gələcək. Məğlub komandalar isə üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar. Həmin oyunlar sentyabrın 7-də keçiriləcək.