• 22 Dekabr 2024
logo
"Qarabağ" bu legionerlə yollarını ayırdı

"Qarabağ" bu legionerlə yollarını ayırdı

12:22

"Qarabağ" hücumçusu Hamidu Keyta ilə yollarını ayırıb.

Klubdan Baymedia.az-a verilən məlumata görə, 29 yaşlı fransalı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.

Hamidu Keyta “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Qeyd edək ki, Türkiyə mediası H.Keytanın "Konyaspor"la anlaşdığını yazmışdı.