• 21 Dekabr 2024
logo
Naxçıvanlı bədii gimnast qızıl medala layiq görülüb

Naxçıvanlı bədii gimnast qızıl medala layiq görülüb

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku” keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Baymedia.az-a bildirilib ki, oktyabrın 3-dən 6-dək davam edən yarışda 10 ölkəni təmsil edən 37 klubdan 400 fərdi gimnast və 16 qrup komandası qüvvəsini sınayıb. Naxçıvandan məşqçi Humay Qafarovanın rəhbərliyi ilə 7 gimnast turnirdə bacarıqlarını nümayiş etdirib. Gimnastlardan ikisi fərdi çıxışlarda uğurla çıxış edərək, hərəyə 1 medal qazanmağı bacarıblar.

Aydan Hüseynli (2013-cü il təvəllüdlü) halqa ilə çıxışlarda uğur qazanaraq həm öz adına, həm də Naxçıvanda gimnastika adına ilkə nail olub. Gimnastın çıxışı münsiflər heyəti tərəfindən yüksək balla dəyərləndirilib və nəticədə o, birinci yerin sahibi kimi qızıl medala layiq görülüb. Digər təmsilçi İlay Sangur (2014-cü il təvəllüdlü) da mükafatçılar sırasına düşüb. İlay halqa ilə hərəkərlərdə gümüş medal qazanıb.