Futbol üzrə Türkiyə milli komandasının heyətində dəyişikliklər edilib.
Apasport.az xəbər verir ki, "Fənərbaxça"nın yarımmüdafiəçisi İsmayıl Yüksek və "Beşiktaş"ın qapıçısı Mert Günok zədə səbəbindən UEFA Millətlər Liqasında Monteneqro və İslandiya ilə qarşılaşmalarda iştirak edə bilməyəcəklər.
"Eyüpspor"un 24 yaşlı qapıçısı Berke Özer isə milli komandaya dəvət olunub.
Xatırladaq ki, Türkiyə millisi oktyabrın 9-da Monteneqronu evdə qəbul edəcək, 3 gün sonra isə İslandiya ilə səfərdə qarşılaşacaq.