Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyini gümüş medalla başa vurub.
Bu barədə Baymedia.az-a Azərbaycan Boks Federasiyasından bildirilib.
48 kq-da mübarizə aparan milli üzvü finalda Safyiddin Sabirova (Özbəkistan) məğlub olub.
Qeyd edək ki, Bilalhəbaşi Nəzərov yarımfinalda Osman Çadqura (Mərakeş) qalib gəlib. Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.