Azərbaycan Kikboksinq Federasiyası ölkədə idman kütləviliyini yüksək səviyyədə təşkil edən federasiyalardan birinə çevrilib.
Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov bildirib.
“İstər daxildə, istərsə də xaricdə kikboksçularımız ölkəmizi ən yüksək səviyyədə təmsil edirlər. Bu gün kikboksinq idman növünə böyük maraq var. Onlarla klub fəaliyyət göstərir. Yerli turnir və çempionatları kütləvi keçir. Bu kikboksinqə böyük maraqdan irəli gəlir. Bir zamanlar xəyal kimi düşündüklərimiz bu gün reallışdığını görürük”.
A.Aslanov onu da qeyd edib ki, idmançılarımızın adı nüfuzlu turnirlərdən gəlməsi bunu təsdiqləyir.
“Bu günlərdə dünya çempionumuz Bəhram Rəcəbzadənin “GLORY”-da, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) milli yığma komandasının üzvləri, dünya çempionlarımız Anar Məmmədov və Amin Quliyev Tailandın paytaxtı Banqkokda keçirilən Dünya Kubokunda hər iki döyüşçünün birinci mərhələdə nakautla parlaq qələbə qazanmaları federasiyanın idmançılarının qazandığı nailiyyətlərdən xəbər verir. Bu gün idmançılarımız qürurla bayrağımızı zirvələrə qaldırırlar. Bunlar hamısı Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Biz də onun bir əsgəri olaraq öz töhfəmizi verməyə çalışırıq”,- deyə A.Aslanov vurğulayıb.