• 26 Oktyabr 2026
logo
“Ölkəmizdə idmana yaradılan şərait gənclər üçün böyük stimuldur”

“Ölkəmizdə idmana yaradılan şərait gənclər üçün böyük stimuldur”

“Bu gün ölkəmizdə idmana yaradılan şərait gənclər üçün böyük stimuldur”.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov bildirib.

“Azərbaycanın idman ölkəsi kimi dünyada tanınmasında ölkəmizdə keçirilən beynəlxalq yarışların böyük rolu olub. Sağlam nəslin formalaşması üçün ölkəmizdə hərtərəfli imkanlar və əlverişli şərait yaradılıb. Azərbaycan kikboksçuları beynəlxalq yarışlarda qazandıqları uğur və nailiyyətlərlə ölkəmizin bayrağını zirvələrə qaldırırlar. Çünki onlar görürlər ki, arxalarında güclü və qüdrətli Azərbaycan var. Dünyanın hansı ölkəsinə gediriksə, fəxrlə deyə bilirik ki, Azərbaycandan gəlmişik. Bundan böyük qürur ola bilməz” – deyə A.Aslanov qeyd edib.