• 21 Oktyabr 2026
logo
“Fənərbaxça” 35 yaşlı argentinalı futbolçunu transfer etmək istəyir

“Fənərbaxça” 35 yaşlı argentinalı futbolçunu transfer etmək istəyir

Türkiyənin “Fənərbaxça” klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi Lukas Bilyanın transferində maraqlıdır.
İstanbul klubu 35 yaşlı argentinalı yarımmüdafiəçinin keçidini bu yay həll etmək fikrindədir.

Keçid baş tutsa, cənubi amerikalıya 2 illik müqavilə təklif olunacaq. 2020-ci ilin payızından Türkiyədə çıxış edən Bilya “Fatih Karagümrük”də forma geyinir. Onun bu klubla müqaviləsi gələn il başa çatacaq.

Qeyd edək ki, argentinalı Super Liqada 35 oyunda 3 qol vurub.