Azərbaycanın hərbi gəmiləri döyüş atışları icra edib - VİDEO
2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları icra edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmilər arasında qarşılıqlı fəaliyyət və əlaqənin təşkili elementləri də məşq etdirilib.