• 21 Oktyabr 2026
logo
AVRO-2020: Bakıdakı ilk oyunun hakimləri açıqlanıb

AVRO-2020: Bakıdakı ilk oyunun hakimləri açıqlanıb

AVRO-2020-nin qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək ilk oyununun təyinatları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA iyunun 12-də İsveçrə ilə Uels arasında baş tutacaq A qrupu görüşünə Fransa və Serbiyadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.
Qarşılaşmanı fransalı Klemen Turpin idarə edəcək. Ona həmyerliləri Nikolas Danos və Kiril Qrinqor kömək edəcək. 4-cü və 5-ci hakimlər isə serbiyalılar olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Uels – İsveçrə görüşü saat 17:00-da başlayacaq.