• 21 Oktyabr 2026
logo
Azərbaycan voleybolçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan voleybolçuları beynəlxalq turnirdə iştirak edəcək

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Polşada beynəlxalq turnirdə çıxış edəcək.

Apasport.az saytının məlumatına görə, Pərviz Səmədovun baş məşqçisi olduğu komanda iyulun 9-11-də keçiriləcək ənənəvi “Vaqner Memorial”da qüvvəsini sınayacaq.
Dairəvi sistemlə baş tutacaq yarışda millimizin rəqibləri ev sahibləri, Misir və Norveç yığmaları olacaq. Voleybolçularımız iyulun 9-da Misirlə, ertəsi gün Polşa ilə üz-üzə gələcək. İyulun 11-də isə millimiz Norveçi sınağa çəkəcək.

Qeyd edək ki, komandamız artıq səfərə yollanıb.