• 21 Oktyabr 2026
logo
“Beşiktaş” koronavirusa görə toplanışı ləğv edib

“Beşiktaş” koronavirusa görə toplanışı ləğv edib

Bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq “Beşiktaş”ın proqramında dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, Türkiyə çempionu təlim-məşq toplanışının İspaniya mərhələsini ləğv edib.
“Ağ-qaralar” 24 iyul – 4 avqust aralığında İspaniyada hazırlıq keçməli idi. Lakin Avropada koronavirusa yoluxma sayının yenidən artması İstanbul təmsilçisinin toplanışı ləğv etməsinə səbəb olub.
Qeyd edək ki, “Beşiktaş” Çempionlar Liqasında qrup mərhələsindən mübarizəyə qoşulacaq.