• 21 Oktyabr 2026
logo
Azərbaycan millisi Xorvatiya və Finlandiya ilə Sumqayıtda oynayacaq

Azərbaycan millisi Xorvatiya və Finlandiya ilə Sumqayıtda oynayacaq

Azərbaycan yığmasının 21 yaşadək futbolçular arasında Avropa çempionatındakı ilk ev oyunlarının yeri müəyyənləşib.
Milan Obradoviçin yetirmələri oktyabrda keçiriləcək hər iki matçı Sumqayıtda keçirəcək.
Yığmamızın qarşılaşmaları “Kapital Bank Arena”da baş tutacaq. Komandamız oktyabrın 8-də Xorvatiya, 12-də Finlandiyanı qəbul edəcək.
Qeyd edək ki, millimiz seçmə mərhələyə səfər matçları ilə start verəcək. Komandamız sentyabrın 2-də Xorvatiyanın, 7-də Avstriyanın qonağı olacaq.