• 21 Oktyabr 2026
logo
Kriştiano Ronaldo “Mançester Yunayted”lə müqaviləni rəsmiləşdirib

Kriştiano Ronaldo “Mançester Yunayted”lə müqaviləni rəsmiləşdirib

İngiltərənin “Mançester Yunayted” klubu Kriştiano Ronaldo ilə müqaviləni rəsmiləşdirib.
Transferi bir neçə gün əvvəl açıqlanan portuqaliyalı ulduz 2+1 illik müqaviləyə imza atıb.
“Yuventus” bu keçiddən 15 milyon avro qazandığını açıqlayıb. Bu məbləğ 5 il ərzində ödəniləcək.
Qeyd edək ki, Ronaldo 2003-09-cu illərdə şərəfini qoruduğu “Mançester Yunayted”ə 12 ildən sonra qayıdıb.