• 21 Oktyabr 2026
logo
Azərbaycan çempionu Yaponiya tarixinin rəmzi komandasına düşüb

Azərbaycan çempionu Yaponiya tarixinin rəmzi komandasına düşüb

Yaponiya futbol tarixinin rəmzi komandası açıqlanıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi heyət 4-4-2 sistemi ilə qurulub.
Rəmzi “11-lik”də Azərbaycan çempionu Keysuke Honda da yer alıb. Ötən mövsümdə “Neftçi” ilə Premyer Liqanın qalibi olan yarımmüdafiəçi ən yaxşı yaponiyalı futbolçular sırasına düşüb.
Qapıçı: Yoşikatsu Kavaquçi;
Müdafiəçilər: Yuto Naqatomo, Yuji Nakazava, Masami İhara, Yasuhiko Okudera;
Yarımmüdafiəçilər: Şunsuke Nakamura, Hidetoşi Nakata, Keysuke Honda, Şinji Kaqava;
Hücumçular: Kazuyoşi Miura, Kunişiqe Kamamoto.