• 21 Oktyabr 2026
logo
Azərbaycan milli komandası Belçika ilə qarşılaşacaq

Azərbaycan milli komandası Belçika ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək.
Yığmamız yanvarda Belçika ilə qarşılaşacaq.
Joze Alesionun yetirmələri bu matçı səfərdə keçirəcək. Görüş gələn il yanvarın 17-də baş tutacaq. Millimiz Avropa çempionatının final mərhələsinin keçiriləcəyi Niderlanda məhz bu oyundan sonra yollanacaq.
Qeyd edək ki, Avropa çempionatına hazırlıq məqsədi ilə yığmamız dekabrın 18-19-da Ukrayna ilə iki görüşdə də qüvvəsini sınayacaq.