• 21 Oktyabr 2026
logo
Sadettin Saran “Fənərbaxça”da prezidentliyə namizəd olacaq

Sadettin Saran “Fənərbaxça”da prezidentliyə namizəd olacaq

“Saran Group”un İdarə Heyətinin sədri Sadettin Saran “Fənərbaxça”nın prezidenti olmaq niyyətindədir.
Bunu tanınmış iş adamı özü açıqlayıb.
O bildirib ki, növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcək. “Sarı-lacivərdlilər”in sabiq rəsmilərindən olan Saran hazırkı prezident Ali Koça dəstək nümayiş etdirsə də, bu postun növbəti sahibi kimi özünü görür. Növbədənkənar seçki olmasa, “Fənərbaxça” növbəti prezidentini 2024-cü ildə seçəcək.
Qeyd edək ki, Ali Koç növbəti seçkilərdə namizədliyini vermək fikrində olmadığını açıqlayıb.