• 20 Oktyabr 2026
logo
UEFA Mahir Emrelinin komandasını cəzalandırıb

UEFA Mahir Emrelinin komandasını cəzalandırıb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məxsus olduğu Polşa “Legiya”sı cəzalanıb.
Varşava təmsilçisi UEFA tərəfindən cərimələnib.
Maliyyə sanksiyasına Avropa Liqasının “Spartak”la görüşündə baş verənlər səbəb olub. Mahirin komandası 17 min 500 avro cərimə ödəyəcək. Belə ağır cəzaya azarkeşlərin qaldırdığı banner səbəb olub.
Qeyd edək ki, “Legiya” öz meydanında 0:1 hesabı ilə uduzub.