“Zenit”in hücumçusu Artyom Dzyuba Rusiya yığmasından imtina edib.
Xarici mətbuatın məlumatına görə, 34 yaşlı forvardı bu addımı atmağa Ukrayna ilə yaşanan hərbi gərginlik vadar edib.
Dzyuba millinin qarşıdakı təlim-məşq toplanışına çağırılsa da, Rusiya Futbol İttifaqından gələn təklifi geri çevirib. O, ailə üzvlərinin ukraynalı olmasını əsas göstərərək, millidə oynamaq istəmədiyini bildirib.
Qeyd edək ki, Artyom Dzyuba 2011-ci ildən Rusiya millisinin formasını geyinib.