• 20 Oktyabr 2026
logo
Burak Yılmaz Türkiyə millisindən gedib

Burak Yılmaz Türkiyə millisindən gedib

Hücumçu Burak Yılmaz Türkiyə futbol millisində karyerasını başa vurub.
B.Yılmaz bu qərarını Türkiyə millisinin Portuqaliya yığmasına məğlubiyyətindən sonra keçirilən mətbuat konfransında açıqlayıb.
O, gənclərə yol açmaq üçün bu addımı atdığını bildirib.
Qeyd edək ki, DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinalında Türkiyə səfərdə Portuqaliyaya 3-1 məğlub olub. B. Yılmaz bir qol vursa da, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.