• 20 Oktyabr 2026
logo
AFFA VAR sistemini sınaqdan keçirib

AFFA VAR sistemini sınaqdan keçirib

Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.
Yenilik “ASK Arenada” sınanıb.
U-17 yığması və “Şamaxı”nın U-19 komandası arasında qarşılaşmada VAR-dan istifadə olunub. Oyunun baş hakimi Fərid Hacıyev olub. Video köməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.
Qeyd edək ki, FİFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.