20:38
Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun daha bir oyunu keçirilib.
Günün ilk matçında "Zirə" "Qəbələ"ni qəbul edib.
Matç əyalət təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qələbə sayəsində xallarının sayını 38-ə çatdıran "Qəbələ" 4-cü pilləyə yüksəlib. 42 xala malik "Zirə" isə üçüncü sıradadır.
***
"Sumqayıt" "Neftçi"ni qəbul edib.
Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Tiaqo Bezerra vurub. Braziliyalı hücumçu 12-ci və 62-ci dəqiqələrdə fərqlənib.
Xxallarını 50-yə çatdıran "Neftçi" ikinci pillədəki mövqeyini möhkəmlədib. Aleksey Baqanın gəlişindən sonra qalibiyyətə həsrət qalan "Sumqayıt" isə 15 xalla 7-ci sırada qərarlaşıb.