Təbrizli rəssam 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək ölkələrin bayraqları və bəzi idmançıların təsvirləri həkk olunmuş xalça toxuyub.
Bu barədə Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının başçısı Sabir Pərniyan bildirib.
O, 2x1/5 metr ölçüdə və 2 milyon ilməkdə ibarət olan ipək xalçanın toxunmasında 350 rəngdən istifadə olunduğunu və sənət əsərinin 18 aya hazırlandığını bildirib.
Pərniyan dəyərli sənənt əsərinin xalçaçı rəssam İsmayıl Şəfii tərəfindən xüsusi dizaynla toxunduğunu qeyd edib.
Gunaz.tv