• 20 Oktyabr 2026
logo
“Fənərbağça”nın sabiq futbolçusu “Sabah”la müqavilə imzalayıb

“Fənərbağça”nın sabiq futbolçusu “Sabah”la müqavilə imzalayıb

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir keçidi reallaşdırıb.
Klubun saytı məlumat verir ki, seneqallı futbolçu Abdulaye Ba bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.
Mərkəz müdafiəçisi ilə bağlanmış müqavilənin müddəti 1+1 ildir.
Ba karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022), “Aroka” (2021/22), İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbağça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında çıxış edib. O, Seneqal millisinin heyətində 6 oyun keçirib.
Abdulaye “Sabah”da 13 nömrəli formada çıxış edəcək.