• 20 Oktyabr 2026
logo
“Sürix” “Qarabağ”la oyunların iştirak ərizəsini açıqlayıb

“Sürix” “Qarabağ”la oyunların iştirak ərizəsini açıqlayıb

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sürix” iştirak ərizəsini açıqlayıb.

Turnirə bu mərhələdən qoşulacaq İsveçrə çempionu A listinə 20 futbolçu salıb.

Baş məşqçi Franko Fodanın sərəncamında “Qarabağ”la görüşlərdə 2 qapıçı, 5 müdafiəçi, 9 yarımmüdafiəçi və 4 hücumçu olacaq.

Qapıçılar: 1. Zivko Kostadinoviç, 25. Yanik Brexer
Müdafiəçilər: 2. Lindrit Kamberi, 6. Fidan Aliti, 19. Nikola Boraniyaşeviç, 28. Karol Mets, 31. Mirlind Kryeziu
Yarımmüdafiəçilər: 3. Adrian Gerrero, 8. Ole Selnes, 10. Antonio Markesano, 16. Mark Hornşux, 17. Çeyk Omar Konde, 21. Blerim Dzemaili, 23. Fabian Roner, 33. Stefan Seyler, 39. Akaki Qoqia
Hücumçular: 9. İan Santini, 11. Conatan Okita, 15. Ayequn Tosin, 22. Vilfred Qnonto.

Qeyd edək ki, “Qarabağ”la “Sürix” arasında iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq. Komandaların cavab matçı isə iyulun 27-də Sürixdə baş tutacaq.