UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
"Qarabağ" qitənin bir nömrəli klub turnirində ən çox qol vuran komandaların siyahısında yer alıb.
"Köhlən atlar" 4 oyunda ümumilikdə 10 dəfə fərqlənib. Azərbaycan təmsilçisi bu göstəriciyə görə III təsnifat mərhələsindəki rəqibi Macarıstan "Ferentsvaroş"u ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Norveç "Budyo Qlimt"i 12 qolla birinci, İslandiya "Vikinqur"u 10 qolla ikinci pillədə qərarlaşıb.
"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges bombardirlik cədvəlində 4 qolla ikinci yerdədir. "Budyo Qlimt"dən Viktor Bonifeys siyahıya başçılıq edir - 5.