• 20 Oktyabr 2026
logo
İki taekvondoçumuz Avropa çempionu oldu

İki taekvondoçumuz Avropa çempionu oldu

Azərbaycanın iki taekvondoçusu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində çempion olub.
Federasiyadan Baymedia.az-a verilən məlumata görə, 27 kq çəki dərəcəsində Sabir Məmmədli və 30 kq-dakı Nazim Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
Onlar yarışda baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında mübarizə aparıblar.