Son günlər mətbuatda Gəncə şəhər stadionunun ot örtüyünün yararsız olması və arenanın Gənclər və İdman Nazirliyinin balansında olması barədə yazılar dərc olunur.
Gənclər və İdman Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Gəncə şəhər stadionu Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olsa da, “Kəpəz” futbol klubunun istifadəsinə verilib. Buna görə də stadiona xidmət məsələləri, o cümlədən də öt örtüyünün saxlanması və qulluq məsələləri klubun öhdəliyindədir.