• 19 Oktyabr 2026
logo
Millimiz Albaniya, Farer adaları və Moldova yığmaları ilə qarşılaşacaq

Millimiz Albaniya, Farer adaları və Moldova yığmaları ilə qarşılaşacaq

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.
Baymedia.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycan millisi ilə yanaşı, Albaniya, Farer adaları və Moldova seçmələri də mübarizə aparacaqlar.
Komandamız ilk oyununu mayın 2-də Farer adaları yığmasına qarşı keçirəcək. Mayın 4-də meydan sahibləri ilə qarşılaşacaq millimiz ayın 7-də Moldova ilə matçda gücünü sınayacaq.