• 19 Oktyabr 2026
logo
Dünyanın ən bahalı futbol qapıçıları

Dünyanın ən bahalı futbol qapıçıları

Dünyanın ən bahalı futbol qapıçıları müəyyənləşib.
Baymedia.az xəbər verir ki, bunu “CIES Football Observatory” açıqlayıb.
Siyahıya “Arsenal”ın qolkiperi Aron Ramsdeyl başçılıq edir. Onun qiyməti 78,6 milyon avrodur.
Canluici Donnarumma (PSJ) 75,3 milyon avro ilə ikinci pillədə yer alıb. İlk “üçlüy”ü Alisson (“Liverpul”) qapayır. Onun dəyəri 66,8 milyon avrodur.
Qeyd edək ki, Ramsdeyl 2021-ci ildən London klubunda çıxış edir.