• 19 Oktyabr 2026
logo
"Linkoln" - "Qarabağ" oyununda hesab bərabərləşdi - Canlı

"Linkoln" - "Qarabağ" oyununda hesab bərabərləşdi - Canlı

19:35

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat ilk oyunu başlayıb.

Baymedia.az-ın məlumatına görə, "Viktoriya" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.

Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

***

"Linkoln" və "Qarabağ" oyununda hesab açılıb.

25-ci dəqiqədə meydan sahibləri Kike Qomesin qolu ilə önə çıxıblar.

***

Matçda hesab bərabərləşib.

Bildirilib ki, 58-ci dəqiqədə Ağdam klubunun hücumçusu Redon Cica tarazlığı bərpa edib - 1:1.

Matçı canlı olaraq BURADAN izləyə bilərsiniz.