• 19 Oktyabr 2026
logo
“Sabah” klubu yoxlama oyununda “Sankt-Pauli”yə məğlub olub

“Sabah” klubu yoxlama oyununda “Sankt-Pauli”yə məğlub olub

Avstriyada təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” klubu növbəti yoxlama oyununu keçirib.
Baymedia.az xəbər verir ki, Bakı təmsilçisi Almaniyanın İkinci Bundesliqa təmsilçisi “Sankt-Pauli” ilə qarşılaşıb.
İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçirilən görüş Almaniya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah”ın heyətində Coy Lens Mikels fərqlənib.
Qeyd edək ki, "Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubunu 3:1 hesabı ilə üstələyib.